Lotu Qulinin rəqibi “qanuni oğru” adından məhrum edildi

13-01-2018, 23:29           

Yunanıstanda kriminal avtoritet Nadir Səlifovun (Lotu Quli) rəqibi Dato Ağcabədinski “qanuni oğru” adından məhrum edilib.

Oxu.Az-ın xəbərinə görə, 1985-ci ildə Yeni Qaradolaq kəndində anadan olan Ağcabədi rayon sakini Cavid Məmmədov Lotu Qulinin arxasınca danışdığı üçün cəzalandırılıb.

“Oğru” dairələrinə yaxın mənbə bildirib ki, yanvarın 11-də Yunanıstanda “qanuni oğru”ların “sxodka”sı olub. Meraba Canqvelidze və Zviada Papiaşvilinin görüşü gündəm yaradıb.

“Sxodka”da “qanuni oğru” Qayoz Zviadzenin başçılığı altında 22 kriminal avtoritet iştirak edib. Görüşə Dato Ağcabədinski də gəlib. Bundan əvvəl qeyd olunurdu ki, Dato Ağcabədənski David Sebiskveradze (Dato Kutaisski), Laşi Celadze (Raça) və Zaza Ambroladzenin (Zaza) simasında yunan klanı ilə dostlaşıb.

Kriminal avtoritetlər ilk olaraq qanuni oğru Eduard Asatryanın (Edik Osetrin) vəzifələrini müzakirə ediblər. Yanvarın 11-də Rusiya mafiyasının “xaç atası” Zaxariy Kalaşov (Şakro) həbsxanadan məktub göndərib. Yazıda qeyd edilir ki, “oğru obşakına” bundan sonra Edik Osetrin nəzarət edəcək. Yeri gəlmişkən, məhz bu hadisədən sonra “qanuni oğru” Maçe Qvaramiya (Maçik Senakskiy) Nadir Səlifovun yanına gəlib və oradan Osetrinə zəngə vuraraq üzr istəyib. Osetrin onun bağışlayıb, lakin xəbərdarlıq edib ki, bir də gözünə görünməsin.

“Sxodka” zamanı görüş iştirakçıları videobağlantı vasitəsilə Nadir Səlifovla əlaqə saxlayıb və ondan Türkiyədə nə qədər qalacağını soruşublar.

Bu zaman Qiya Kutaisski Dato Ağcabədinskidən Lotu Quli barədə dediklərinin izahını tələb edib. Belə ki, Dato Ağcabədinski Qulinin oğru olmadığı bəyan etmişdi. Yeri gəlmişkən, məhz bu səbəbdən Laşa Celadze Məmmədovdan uzaqlaşıb. Öz hərəkətini əsaslandıra bilməyən Dato Ağcabədinski “oğru” adından məhrum olunub.

Qeyd edək ki, Məmmədovun adı biznesmen Rəhman Əliyevin qətlində hallanır. Sonuncu sentyabrın 18-də Moskvanın cənubunda güllələnərək öldürülüb.

Cavid Məmmədov və Lotu Qulinin arasında münasibətlər isə Datonun (2006-2008-ci illərdə) “Vladimirski çentral”da “nəzarətçi” təyin olunmasından sonra pozulub.

Bəzi məlumatlara görə, Dato Ağcabədinskinin Tbilisidə Elşən Məmmədovun qətlində də əli var. Elşən Nadir Səlifovun yaxın adamı kimi tanınırdı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.