Siyavuş Novruzov İsa Qəmbərin səhhəti ilə bağlı Pənah Hüseynə nə deyib?...
16-01-2018, 13:27
Milli Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər ötən həftə ürəyində yaranmış problemlə əlaqədar Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib. Onun ürəyinə stentlər qoyulub, hazırda həkim nəzarətindədir.
Yayılan məlumatlara görə, hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov İsa Qəmbərin səhhətinin nəzarətə götürülməsi ilə bağlı Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynlə əlaqə saxlayaraq, durumu ilə maraqlanıb.
Modern.az saytı tərəflərlə əlaqə saxlayaraq məsələ ilə maraqlanıb.
Pənar Hüseynin cavabı belə olub.
“Hazırda baçqa yerdəyəm, danışa bilmirəm. Amma İsa Qəmbərin səhhəti ilə bağlı heç kimlə əlaqə saxlamamışam”.
YAP rəsmisi Siyavuş Novruzov sualı eşidərək belə reaksiya verib.