AMERİKANIN “B” PLANI:İranın Aralıq dənizinə, Türkiyənin isə sərhədlərə çıxışına sədd çəkmək - TƏHLİL
22-01-2018, 19:03
Şəhab əl-Məkahlə
“Al-Arabiya”
Göründüyü kimi, hazırda Vaşinqtonun Suriyaya dair vahid mövqeyi yoxdur. Birincisi, onun xarici siyasət hələ də qeyri-müəyyəndir, Suriya ordusuna hədəflənib. İkinci tendensiya – Suriya böhranı ilə əlaqədar olaraq Rusiya və İranın oynadığı roldur. Bu, ABŞ-ın strategiyasını şiddətli regional dalan vəziyyətinə qoyur, o, müdaxilə ilə bağlı impulsun saxlanılması üçün effektiv tədbirlər görə bilmir.
Üçüncü tendensiya – Vaşinqtonun kvotalar və təsirlərin müəyyən şəkildə bölüşdürülməsi üçün iki tərəf arasında böhranın idarə olunmasına dair mexanizm yaratmaq məqsədi ilə Suriya məsələsində Moskva ilə əməkdaşlığı aktivləşdirməyə meyldir. Dördüncü tendensiya – Vaşinqtonun üç mərhələdən ibarət strategiyanı nəzərdə tutur: birincisi, İŞİD-in aradan qaldırılması və ya onun təhdidinin "neytrallaşdırılması"; ikincisi, Suriyanın sərhəd təhlükəsizliyini sabitləşdirmək və Rusiya ilə bölüşdürməklə, İranın təsirini pozmaq; üçüncüsü, hökumət dəyişikliyinə sakit keçid.
Ötən həftə Suriya hökuməti yanvarın 18-də ABŞ dövlət katibi Reks Tillersonun Stanford və Huver institutlarında etdiyi çıxışı qınayan bəyanat verib. Həmin çıxışında Tillerson bildirib ki, İŞİD-lə mübarizədən sonra Vaşinqton qarşıya Suriyadakı qüvvələrini uzun müddət saxlamaq məqsədi qoyur. Bu, Amerikanın hərbi dəstəyi ilə azad edilmiş yeni əraziləri İran və Suriya dövlət başçısı Bəşər Əsədin ələ keçirməməsi üçün ediləcək.
Tillersonun çıxışı, terror təşkilatlarının əzilməsinə baxmayaraq, ABŞ-ın Suriyada davamlı iştirakına marağı göstərir.
Suriya Xarici İşlər Nazirliyinin şərhində deyilir: "ABŞ-ın Suriyadakı hərbi varlığı qanunsuzdur, beynəlxalq hüquqa ziddir, Suriyanın milli suverenliyini pozur və İŞİD-i qorumağa hədəflənib".
Tillerson bildirib: "Suriyada beş əsas hədəfimiz var. Bunlar: İŞİD və “əl-Qaidə”nin heç zaman yenidən meydana gəlməməsini təmin etmək; BMT-nin başçılıq etdiyi siyasi prosesi dəstəkləmək; İranın təsirini azaltmaq; ölkənin kütləvi qırğın silahlarından azad oldunmasına və qaçqınların vətəndaş müharibəsi illərindən sonra geri dönməsinə kömək etmək".
Bu maraqlar 2016-cı ildə Suriyanın gələcəyinə dair optimist olmadığını söyləyərkən, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq rəhbəri Con Brennan tərəfindən ilk dəfə açıqlayandan məlumdur. O zaman Brennan, həmçinin demişdi: Suriyadakı mövcud vəziyyət sübut edir ki, o, bir neçə ildir davam edən vətəndaş müharibəsindən xilas ola bilməyəcək.
Brennanın sözləri Aspendə (Kolorado) keçirilən illik Təhlükəsizlik Forumunda səslənib və o, Suriyada bu qədər qan tökülməsinə baxmayaraq, ölkənin yenidən bir yerə yığıla biləcəyinə və yaşadığı dövrdə vahid Suriyanı görməcəyinə əmin olmadığını demişdi.
Bundan başqa, ABŞ-ın sabiq dövlət katibi Con Kerri əvvəllər buna bənzər bəyanat verərək bildirib ki, "Suriyada atəşkəs sülh danışıqları ilə tamamlanmasa, Suriyanın parçalanmasını nəzərdə tutan "B planı"na keçəcək”.
Ötən ilin yayında əldə edilən hərbisizləşdirilən zonalara dair sazişlər İrana bufer zonasının hüdudlarından kənarda çıxmağa imkan verdi. Bu, həmçinin iranlılara Əl-Suvaydaya çıxış imkan verdi və onlar paytaxt Dəməşq ətrafındakı alternativ torpaq sahəsini təmin etmək üçün varlığını artırdı.
Rusiya, həmçinin sövdələşmədən qalib çıxaraq, öz hərbi qüvvələrinin başlıca olaraq Homs və Quta kimi müəyyən ada cəbhələrdə qarşılaşdığı gərginliyi və riski azaltmağa nail oldu. Bu, ona Suriyadakı hərbi bazalarını qorumaq üçün Tartusdakı qüvvələrinin müdafiə xəttini gücləndirməyə kömək etdi.
Türkiyənin Afrində həyata keçirdiyi yeni əməliyyatla, Türk ordusu ona hədəfə aldığı ərazilər və Suriya hava sahəsini istifadə etməyə icazə verən ruslarla birlikdə addımlarını koordinasiya edərək, amerikalılara öz şərtlərini sırımağa çalışır. Türkiyə-Rusiya-İran koordinasiyası onlara fayda verir və bu, hərbisizləşdirilən zonalarla gerçəkləşdirilir. ABŞ mövqelərini itirir və Suriyadakı status-kvonu davam etdirmək üçün Amerika hökuməti yeni şərtlərə uyğun addımlayır.
Suriya – mürəkkəb problemdir və Vaşinqton bu ölkədə uzunmüddətli bazaya sahib olmağı planlaşdırır. ABŞ 2014-cü ildə Suriya və İraqda böyük bir əraziyə nəzarət edən İŞİD-ə qarşı hərbi əməliyyata başlayandan bəri Vaşinqton müharibənin başa çatmasından sonra Suriyanın statusuna dair həlledici qərar qəbul etməyib.
Bir neçə gün əvvəl ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Devid Satterfild Senatda bildirib ki, terrorizmlə mübarizədə əhəmiyyətli tərəqqiyə baxmayaraq, İŞİD və “əl-Qaidə” hələ də ciddi təhlükədir. Administrasiya bildirib ki, ABŞ qoşunlarının İraqdan çıxarılması qərarını verərkən, ABŞ-ın sabiq prezidenti Barak Obamanın buraxdığı böyük səhvi təkrarlamaq – boşluğun terrorçular və İran tərəfindən doldurulmasını istəmir.
Göründüyü kimi, amerikalılar iranlıların Aralıq dənizinə və Türkiyənin İraq-Suriya xəttinə çıxışına istəmirlər.
Tərcümə: Strateq.az