Prezident İlham Əliyev Davosda Dünya İqtisadi Forumunun prezidenti ilə görüşüb –FOTO

22-01-2018, 22:49           

Azərbaycan prezidenti İlham Əliyevin Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına işgüzar səfəri başlayıb.

Dövlət başçısı yanvarın 22-də Davosda Dünya İqtisadi Forumunun prezidenti Börge Brend ilə görüşüb.

Prezident İlham Əliyev Börge Brendi Dünya İqtisadi Forumunun prezidenti seçilməsi münasibətilə təbrik etdi, ona fəaliyyətində uğurlar arzulayıb. Görüşdə Dünya İqtisadi Forumu ilə Azərbaycan arasında uzun illər səmərəli əməkdaşlığın həyata keçirildiyi bildirilib. Söhbət zamanı Azərbaycanın beynəlxalq əməkdaşlığa verdiyi töhfəyə toxunularaq ölkəmizin iştirak etdiyi qlobal layihələr, o cümlədən ötən il istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolunun, həmçinin icrası başa çatmaqda olan TANAP layihəsinin əhəmiyyəti vurğulanıb. Zəngin neft ehtiyatlarına malik Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdiyi, ölkəmizə turist axınının getdikcə artdığı bildirilib.

Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların hazırkı vəziyyəti barədə məlumat verib. Söhbət zamanı Dünya İqtisadi Forumu ilə Azərbaycan arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.