Arzu Əliyevanın ad günüdür

23-01-2018, 09:52           
Arzu Əliyevanın ad günüdür
Bu gün Azərbaycan prezidenti İlham Əliyevin kiçik qızı Arzu Əliyevanın ad günüdür.
Arzu Əliyeva 23 yanvar 1989-cu ildə Bakıda anadan olub. Azərbaycanda xeyriyyəçilik və digər humanitar fəaliyyət növləri ilə məşğul olur.
Heydər Əliyev Fondunun tədbirləri çərçivəsində bir neçə vətənpərvər layihələrin həyata keçirilməsində fəal iştirak edir.
Rus, ingilis, fransız və ispan dillərində sərbəst danışır.
9 may 2015-ci ildə Arzu Əliyevanın "Hədəf Bakıdır.Hitler neft uğrunda döyüşü necə uduzdu" adlı sənədli filminin təqdimat mərasimi keçirilib. 8 oktyabr 2015-ci ildə Arzu Əliyevanın "Hədəf Bakıdır.Hitler neft uğrunda döyüşü necə uduzdu" adlı sənədli filminin Azərbaycanın Braziliyadakı səfirliyində təqdimatı keçirilib.
22 yanvar 2016-cı ildə Arzu Əliyevanın layihə rəhbəri və baş prodüseri olduğu "Əbədi ezamiyyət" sənədli filminin Nizami Kino Mərkəzində təqdimatı keçirilib.
Arzu Əliyeva 2011-ci ildə iş adamı Səməd Qurbanovla ailə həyatı qurub.
Onların Aydın adında oğlan övladları var.















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.