Elektron mediada peşə-davranış qaydalarını pozan saytlar! - Apelyasiya qrupu qərar verib

25-01-2018, 12:05           
Elektron mediada peşə-davranış qaydalarını pozan saytlar! - Apelyasiya qrupu qərar verib
Saytlar hansı hallarda Mətbuat Şurasının “Qara siyahısı”na daxil edilir və media nümayəndəsinə nə zaman reket jurnalist adı verilir?

“İki Sahil” qəzetinin baş redaktoru, YAP Siyasi Şurasının üzvü, Mətbuat Şurası İdarə heyətinin üzvü, "Əməkdar jurnalist", Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı Vüqar Rəhimzadə Metbuat.az-a açıqlamasında bildirib ki, son dövrlər çap mediadan daha çox elektron mediada peşə-davranış qaydaları davamlı və sistemli şəkildə pozulur:
“Media qurumlarının “Qara siyahı”ya salınması ilə bağlı ilkin olaraq Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyası, reket jurnalistikaya qarşı mübarizə komissiyası və yekun olaraq idarə heyətində müzakirə olunur. Daha sonra qərar verilir. “KİV haqqında” Qanunlara əməl etməyən, dövlət sirri, informasiya əldə etmək haqqında və jurnalistlərin qurultayında peşə davranış qaydalarını davamlı şəkildə pozan saytlar şuranın tədbiq etdiyi “Qara siyası”da yer alırlar. Əvvəllər, bu, daha çox çap mətbuatında hiss olunurdusa, indi fəsadlar elektron mediada özünü göstərir. Hesab edirəm ki, bununla bağlı Mətbuat Şurasının apardığı mübarizə effektiv mübarizədir. O saytların adları qara siyahıya salınır ki, mütəmadi olaraq jurnalistlərin peşə-davranış qaydaları pozulur. Bir neçə dəfə xəbərdarlıqdan sonra bu kimi hallar təkrarlanarsa, həmin media qurumları Mətbuat Şurasının tətib etdiyi “Qara siyashı”da yer alırlar”.

Qara siyahıdan çıxamaq mümkündür?

Vüqar Rəhimzadənin sözlərinə görə, bununla bağlı Mətbuat Şurasının tərkibində 5 nəfərdən ibarət Apelyasiya qrupu fəaliyyət göstərir. Bir neçə dəfə belə hallar olub. 2010, 2013-cü illərdə. Birinci dəfə 26 qəzetlə bağlı belə bir qərar verilib. Sonra 2013-cü ildə 6-7 qəzetlə bağlı qərar verdik. Bu günlərdə bizim yenidən Apelyasiya qurupumuz belə bir qərar verib. Yəqin ki, açıqlanar. Təkliflər olur. Media qurumları peşə-davranış qaydalarına əməl etdiklərini, bu prinsipləri kobud şəkildə pozduqlarını etiraf edirlər. Mətbuat Şurası bunun davamlı olaraq monitorinqini aparır. Monitorinq müraciətlər əsasında aparılır. Müraciət edən sayt fəaliyyətində dönüş yaratdığını, öz peşə və davranış qaydalarına əməl etdiyini deyərsə, biz də davamlı olaraq onu monitorinqini aparırıq. Monitorinqlər nəticəsində saytın qüsura yol verdiyi görülmürsə, apelyasiya qrupunda məsələyə baxırıq. Müraciətlər araşdırılır və onların “Qara siyahı”dan çıxaması ilə bağlı qərar verilir”.

Azərbaycan Respublikasının əməkdar jurnalisti, hüquq müdafiəçisi Azər Həsrət isə bildirib ki, jurnalist üçün reket adı şərtidir:

“Çünki reketlik cinayət əməlidir. Buna görə konkret cəza nəzərdə tutulub. İstər jurnalistika, istərsə də jurnalistikadan kənarda baş verən hadisədə, bu, cinayət əməli hesab edilir. Sadəcə şərti olaraq jurnalistikadan sui istifadə edənlərə reket adı verilir. Amma Mətbuat Şurasında məsələ rəsmiləşdiriləndə “Qara siyahı”ya salınma proseduru həyata keçirilir”.

Konkret olaraq hansı hallarda jurnalistlər və onların media qurumları bu məsələ ilə üzləşə bilərlər?

Azər Həsrət qeyd edib ki, jurnalistlərin adbaad “Qara siyahı”ya salınması deyə bir şey yoxdur:

“Sadəcə olaraq, media orqanlarının “Qara siyahı”sı var. O siyahıda hazırda 100-ə yaxın media qurumunun adı var. Mətbuat Şurasının saytında da həmin adları görmək mümkündür. Bunu ona görə edirik ki, ölkənin istənilən yerində, istənilən şəxs ona müraciət edən media qurumunun adının qara siyahıda olub-olmadığını müəyyənləşdirə bilsin”.

Hansı hallarda media qurumları “Qara siyahı”ya salına bilər?

Azər Həsrət əlavə edib ki, Azərbaycan jurnalistlərinin birinci qurultayında qəbul edilmiş, sonradan müəyyən əlavə və dəyişikliklərlə hazırda qüvvədə olan Jurnalistlərin peşə-davranış qaydalarını mütəmadi və bilərəkdən pozan şəxslərin işlədiyi media qurumları “Qara siyahı”ya salınır:

“Birmənalı şəkidlə qərar verilir ki, bu adamlar jurnalitakada öz məqsədlərindən sui istifadə edənlərdir. Ona görə, həmin adamların rəhbərlik etdiyi, işlədiyi media qurumları “Qara siyahı”ya salınır. “Qara siyahı” əbədi deyil. 1 il müddətinə media qurumundan təkrar şikayətlər gəlməzsə, artıq onun qara siyahıdan çıxarılması məsələsinə də baxmaq imkanı var. Əlbəttə, jurnalistika ilə normal şəkildə məşğul olan heç bir media qurumunun adı “Qara siyahı”da yoxdur. “Qara siyahı”dakı adların hamısı birmənalı şəkildə mediadan sui istifadə edənlər olub. Fikrimcə, onların hadisəsi jurnalistika hadisəsi deyil. Onlar sadəcə olaraq jurnalistikadan sui istifadə edən şəxslərdir. Həmin şəsxlərin işlədiyi media qurumları birmənalı olaraq, daimi “Qara siyahı”da saxlanılırlar”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.