İlham Əliyev: “Həm insanlar zəhərlənib, həm 160 milyon dollar pul xaricə gedib...”

30-01-2018, 08:39           

Prezident İlham Əliyev regionların inkişafına dair 2014-2018-ci illər Dövlət Proqramının yekunlarına dair konfransdakı yekun çıxışı zamanı ölkədə tütünçüyülüyün inkişafı barədə də danışıb və ötən ilin dekabrında yeni siqaret zavodunun təməlinin qoyulduğunu xatırladıb.


Prezidentin sözlərinə görə, ötən il ərzində Azərbaycana xaricdən 160 milyon dollarlıq siqaret idxal olunub.

"Həm insanlar zəhərlənib, həm 160 milyon dollar pul xaricə gedib. Yerli istehsalın genişləndirilməsi sayəsində bu idxal azaldılmalıdır. Lakin yaxşı olardı ki, idxal insanların bu zərərli vərdişdən-siqaret çəkməkdən imtinası nəticəsində azalsın”-İlham Əliyev deyib.

Prezident bu yaxınlarda qüvvəyə minən yeni qanunla siqaret çəkilməsinə qarşı mübarizənin aparılacağını xatırladıb. Və insanları siqaret çəkmək kimi zərərli vərdişdən imtinaya çağırıb. "Bu, insan orqanizmini zəhərləyir, orqanizmə ciddi ziyan vurmaqdan başqa heç bir faydası olmayan çox zərərli vərdişdir, bədbəxtçilikdir”-prezident çıxışında vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru