“Vətəndaşları məcburi əməyə cəlb edənlər cinayət məsuliyyəti daşıyacaq” –Prezident yeni qanunu təsdiqlədi

2-02-2018, 00:04           

Prezident İlham Əliyev “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Dəyişikliyə əsasən, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununun 29.2-ci maddəsinə “təqsirkar olan şəxslər” sözlərindən sonra “cinayət məsuliyyətinə” sözləri əlavə edilir.

Əlavə qanunvericiliklə müəyyən edilmiş xüsusi hallardan başqa (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə, hərbi xidmət, hərbi və fövqəladə vəziyyət zamanı) vətəndaşların məcburi əməyə cəlb edilməsində təqsirkar olan şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru