Azərbaycanda TV və radioların fəaliyyəti məhdudlaşdırıldı

5-02-2018, 11:37           

Azərbaycanda televiziya və radioların yayımında məhdudiyyət yaranıb.

Milli Televiziya və Radio Şurasının (MTRŞ) Texniki şöbəsinin müdiri, professor İsa Məmmədov Publika.az-a açıqlamasında bildirib ki, məhdudiyyətin səbəbi keçirilən profilaktika tədbirləri ilə əlaqədardır.

“Qrafikə uyğun olaraq ayda bir dəfə ümumi profilaktika həyata keçirilir. Bu zaman bütün teleradioların yayımı müvəqqəti olaraq dayandırılır. İşlərin bu gün saat 15:00-dək başa çatdırılması planlaşdırılır. Gün ərzində bəzi telekanal və radiolar sınaq məqsədilə müvəqqəti olaraq yayıma qoşula bilər”.

Qeyd edək ki, profilaktikadan sonra 37-ci TV kanalında AzTV, Mədəniyyət TV, İdman Azərbaycan və İctimai TV proqramları yayımlanacaq. 48-ci TV yayım kanalında bütün ümumölkə TV proqramlarının SD formatında, 31-ci TV yayım kanalında isə CBC sport, Xəzər TV və bir neçə aydan sonra fəaliyyətə başlayacaq yeni xəbər televiziyasının HD formatında yayımı həyata keçiriləcək.

Tamaşaçılardan həmin gün profilaktika işlərindən sonra TV qəbuledicilərini yenidən kökləməyi xahiş edilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.