Bütün kriptovalyutaların yarısı uğursuzluğa uğrayıb
1-03-2018, 09:24
teref.az yazır ki,Bitcoin.com resursu tərəfindən aparılmış tədqiqat nəticəsində məlum olub ki, varolan ICO-ların 46%-i uğursuzluğa uğrayıb.
Bununla belə həmin layihələr ümumilikdə 104 milyon dollardan çox vəsait yığa biliblər. ICO layihələrinin vəziyyətini izləyən məşhur Tokendata saytına daxil olan zaman görmək olar ki, keçən il aktual olmuş 902 kriptovalyutadan 142-si maliyyələşdirilmə prosesində, 276-sı isə layihələrin lazımi vəsaiti yığdıqdan sonra və ya aktivliklərinin minimuma enməsindən sonra uğursuzluğa uğramışdır. Əlavə olaraq ICO layihələrindən 113-nü artıq ölmüş hesab etmək olar.
Belə ki, ya onların təmsilçiləri sosial şəbəkələrdə istifadəçilər ilə aktiv ünsiyyəti dayandırmışdır, yada onların kütləsi o qədər azdır ki, layihənin növbəti inkişaf mərhələsi mümkün deyil. Beləliklə keçən ilki kriptovalyutaların 59%-i ümumilikdə 233 milyon dollar qazanaraq ya ölmüş yada artıq ölmək mərhələsindədir. Nəticə etibarilə hal-hazırda sosial şəbəkələrdə və Telegram kanallarında bu cür layihələrin artıq aktiv olmayan hesablarını tapmaq olar.
İnvestorların çoxusu heçnə qazanmadılar. Onlardan bəzilər yalnız bir neçə yüz min dollar qazana bildi və yalnız bir neçəsi həqiqətən də sərvət əldə edə bildi. Müsbətdə qalmış şəxslər isə investisiyaları cəlb edə bilmiş ICO təşkilatçıları oldular. Mütəxəssislər əmindirlər ki, bu il çox da dəyişiklik baş verməyəcək. Kriptovalyutalara investisiyaların riskləri getdikcə artır. Belə ki, digər layihələr tərəfindən rəqabət və dövlətlər tərəfindən təzyiq artır. Lakin buna baxmayaraq asan yolla pul qazanmaq istəyənlərin sayı həmişəki kimi kifayət qədərdir.