Sabir Rüstəmxanlı qalmaqal yaratdı - "Heç bir halda! Protokola salmayın!"

1-03-2018, 12:18           
Sabir Rüstəmxanlı qalmaqal yaratdı - "Heç bir halda! Protokola salmayın!"
Amsterdamda Avropa Azərbaycanlıları Konqresinin qurultayında diqqəti çəkən daha bir hadisə olub. Bir gün əvvəl qurultay iştirakçıları Azərbaycan prezidenti postuna İlham Əliyevin namizədliyinə dəstək olaraq müraciət qəbul etməyi təklif ediblər.

Ancaq sabiq deputat və yazıçı, bizim oxucu auditoriyamıza öz siyasi dəyişkənliyi ilə yaxşı tanış olan Sabir Rüstəmxanlı özündə bu təşəbbüsə qarşı çıxış etməyə güc və hiyləgərlik tapıb.

Qurultayda Diaspora üzrə Dövlət Komitəsinin başçısı Nazim İbrahimovla Sabir Rüstəmxanlı arasında olduqca maraqlı dialoq alınıb.

Nazim İbrahimov: "Beləliklə, siz qurultayın İlham Əliyevin namizədliyinə dəstək olaraq müraciət qəbul etməsinin əleyhinə çıxırsınız? Onda icazə verin, sizin sözlərinizi iclasın protokoluna salaq”.

Sabir Rüstəmxanlı: "Heç bir halda! Protokola salmayın!".

Sonra Sabir Rüstəmxanlı protokoldan kənar hamını inandırmağa çalışıb ki, Avropa azərbaycanlıları qurultayının prezident seçkiləri kimi əhəmiyyətsiz hadisəyə bu qədər diqqət yetirməsi lazım deyil,..

S.Rüstəmxanlının hücumu nümayəndələr arasında, yumşaq desək, ajiotaj yaradıb, anlaşılmazlığa və təlaşa səbəb olub...

Bir sözlə, S.Rüstəmxanlı növbəti dəfə tam siyasi prinsipsizlik, qeyri-ardıcıllıq və riyakarlıq nümayiş etdirib... Hərçənd, bu hələ harasıdır?!
Virtualaz.org












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.