Aslan İsmayılov lent.az-ı məhkəmədə udub- Vüsalə Mahirqızından etiraz

6-03-2018, 15:45           

Tanınmış hüquqşünas Aslan İsmayılov "APA Holdinq"in tərkibinə daxil olan lent.az saytını məhkəməyə verərək udub.

teref.az xəbər verir ki, bu barədə APA-nın baş redaktoru Vüsalə Mahirqızı bildirib. Onun sözlərinə görə, bir neçə ay əvvəl jurnalist Əli Həziquliyev sosial şəbəkədə bir yazı paylaşıb: "Yazıda hüquqşünas Aslan İsmayılov tənqid olunurdu. Lent.az bu yazını yaymışdı. Aslan İsmayılova da bu yazıya cavab haqqı tanınmağına baxmayaraq, hüquqşünas lent.az ı məhkəməyə verdi. Birinci instansiya və Apellyasiya Məhkəməsi müəllif ola-ola, birinci mənbə lent.az olmadığı halda, lent.az -ı cərimələdi və Aslan İsmayılovdan üzr istəmək barədə qərar çıxardı. Mən sakit və səbrlə prosesin sonunu gözlədim, Ali Məhkəməyə şikayət verdik. Dünən hakim Əhməd Nurməmmədov əvvəlki qərarı qüvvədə saxlayıb".
V.Mahirqızı bildirib ki, Aslan İsmayılovdan üzr istəmək fikirləri yoxdur. Cərimənin də cüzi məbləğ olduğunu deyən baş redaktor qeyd edib ki, bu biabırçılığın bütün məhkəmə instansiyalarında davam etdirilməsi onun üçün maraqlıdır: "İndi bu qədər himayədən sonra Aslan İsmayılov olur "radikal müxalifətçi", biz oluruq "hakimiyyətyönlü"? Bu hakimiyyət və onun məhkəmə sistemi bir radikal müxalifətçini böyük bir media quruluşuna qələbə çaldıracaq qədər demokratikdir. Siz daha nədən narazısınız?"












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.