Vergi sanksiyalarından vergi işçilərinin maaşlarına əlavələrin verilməsinə dair məhdudiyyət ləğv edilib

8-03-2018, 08:53           

ergi sahəsində elmi-texniki potensialın artırılması üçün məqsədli təqaüdlər veriləcək
Nazirlər Kabineti "Vergi orqanları işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, vergi orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, vergi sahəsində elmi-texniki potensialın artırılması məqsədi ilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin hesabına köçürülən vəsaitdən istifadə Qaydası"nda dəyişiklik edib.



APA-nın məlumatına görə, bu Qayda vergi orqanları işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, həmçinin vergi orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, vergi sahəsində elmi-texniki potensialın artırılması məqsədi ilə vergi orqanları tərəfindən tətbiq edilən və dövlət büdcəsinə daxil olan maliyyə sanksiyalarından Vergilər Nazirliyinin hesabına köçürülən vəsaitdən istifadə qaydasını müəyyən edir.



Vergilər Nazirliyinin büdcədənkənar vəsaitinin toplanılması və təyinatı üzrə istifadəsi məqsədi ilə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyində Vergilər Nazirliyinin xüsusi xəzinə hesabı açılır. Büdcədənkənar vəsaitin uçotu Maliyyə Nazirliyi tərəfindən müəyyən edilən dövlət büdcəsindən maliyyələşən təşkilatlarda büdcə təşkilatları üçün milli mühasibat uçotu standartlarına uyğun olaraq mühasibat uçotunun təşkili və aparılmasına dair təlimata uyğun həyata keçirilir. Büdcədənkənar vəsaitin toplanılmasına və həmin vəsaitdən istifadə edilməsinə nəzarət Maliyyə Nazirliyi tərəfindən həyata keçirilir.



Bu Qaydalarda dəyişiklik büdcədənkənar vəsaitdən istifadə istiqamətləri artırılıb. Artıq vergi sahəsində elmi-texniki potensialın artırılması məqsədi ilə bu vəsaitlər hesabına məqsədli təqaüdlər də ödəniləcək.



Qaydaya əsasən indiyə qədər büdcədənkənar vəsaitin 50 faizi (lakin illik əməkhaqqı fondunun məbləğinin 2 mislindən çox olmamaqla) işçilərin vəzifə maaşlarına əlavələrin verilməsinə ayrılıb. Bundan sonra büdcədənkənar vəsaitin 50 faizinədək olan məbləği bu məqsədlə ayrılacaq, ancaq bu halda illik əməkhaqqı fondunun məbləğinin 2 mislindən çox olmamaqla bağlı məhdudiyyət olmayacaq. Nazirlər Kabinetinin qərarı ilə bu məhdudiyyət ləğv edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru