Kralı Hüseyn və yəhudi ulduz Suzanın sirli eşq macərası - MKİ

5-04-2018, 09:49           

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) İordaniya Kralı Hüseynlə “Hollivud” ulduzu Suzan Kabota arasında yaşanan sevgi münasibətlərinə vasitəçilik edib. Bu vasitəçilik nəticəsində İordaniya kralı ilə aktrisanın Timoti Skot Roman adlı körpəsi dünyaya gəlib.

Teleqraf.com MKİ-nin bu əməliyyatı barədə arxiv materiallarını oxucularına təqdim edir:

Con Kennedi sui-qəsdi ilə əlaqədar faktların toplanması məqsədilə 1992-ci ildə ABŞ-da müvafiq qanun qəbul olunur. Bu qanun çərçivəsində ölkənin milli arxiv idarəsinin internet portalına üç səhifəlik MKİ qovluğu yerləşdirilib.

MKİ-nin uzun illər məxfi məlumat kimi saxladığı bu informasiyalardan aydın olur ki, 1959-cu ildə İordaniya Kralı Hüseyn Los-Ancelesə səfəri zamanı ona bir xanım ayrılmasını istəyib. Bu zaman MKİ məclis təşkil edərək bura dəvət etdiyi Susan Kabota ilə Kral Hüseynin ünsiyyət qurmasını həyata keçirib.

Beləcə, Amerika kəşfiyyatı 1959-cu ildə İordaniya Kralı Hüseyn ilə yəhudi əsilli Hollivud ulduzunun tanışlığının əsasını qoyub və iddialara görə, bu yaxınlaşmadan Timoti Skot Roman dünyaya gəlib. MKİ-nin açıqladığı bu dosyeyə görə, Kralın oğlu Roman artıq 22 yaşı olanda anası Suzan Kabotanı qətlə yetirib.

Qeyd edək ki, Kral Hüseyn Suzan Kabota ilə tanışlığından iki il əvvəl birinci həyat yoldaşından ayrılıb. MKİ Kral Hüseynin məhz öz istəyi əsasında Kabota ilə əlaqə yaratdığını iddia edir, açıqladığı dosyedə qeyd edir ki, məhz kralın özü ona bir xanım ayrılmasını istəyib.

Arxiv materialında qeyd olunur ki, MKİ-nin Təhlükəsizlik ofisindən kralın Los-Anceles və Nyu York səyahəti üçün lazımı olan işləri həyata keçirməsi istənilib və kralın xüsusilə Los-Ancelesdə bir xanımın onu müşayiət etməsini istədiyi bildirilib. Sənəddə kralın 1959-cu il səyahəti çərçivəsində MKİ-nin Təhlükəsizlik ofisinin etimad edəcəyi bir mənbə vasitəsilə kral üçün bir xanım tapıldığı vurğulanır.

Sənədə görə, MKİ bunu keçmiş Federal Təhqiqatlar Bürosu əməkdaşı (FBR) və müstəqil agent kimi işləyən Robert Maheu vasitəsilə təmin edib. Adı arxiv sənədindən silinən, amma ABŞ mediasına görə, Los-Ancelesin məşhur vəkili Hivard Huqhes vasitəsilə Kaliforniyanın neft kralı Edvin Pauleyin evində bir məclis təşkil olunur. Bu məclisə dəvət edilən Kabotaya Kral Hüseynlə birlikdə olmaq təklif edilir. Ulduz öncə bu təklifi rədd edir, sonra isə hər şey qaydasında gedir. Kral Hüseyn isə Kabotanı özü ilə Nyu Yorka da aparmaq istəyir. Beləcə, MKİ Long İsland deyilən ərazidə ev kirayə edir. Bu evdə Kral və Kabota birlikdə vaxt keçirir.

Sənədə görə, Maheu ilə əlaqəli olaraq Kabota 1959-cu ilin aprelində MKİ-nin ofisinə gəlir və Kral Hüseynlə birlikdə zaman keçirməsinin mediaya sızdırılması ehtimalı haqqında narahatlığını bölüşür.

Maheunun MKİ üçün tam etimad ediləcək şəxs olduğu vurğulanan sənəddə bu məsələyə aidiyyəti olan hər kəsin nəzarət altında saxlanıldığı və məsələnin mediaya sızdırılmasına dair bir şübhənin olmadığı aktrisaya bildirilir.

Sənəddə Kral Hüseynə “xarici dövlətin rəhbəri” olaraq müraciət edilir. 1959-cu ilin 28 martında isə “Nyu York Tayms” qəzetində Kral Hüseynin Los-Anceles və Nyu York şəhərlərinə səfər edəcəyi haqda informasiya yer alır.

1959-cu il aprelin 9-da isə “La Tamys” qəzeti Kabotanın Los-Ancelesdəki bir məclisə Kral Hüseynlə qatıldığı haqda məlumat yayır. ABŞ mediası daha sonra iddia edir ki, heç vaxt ailə qurmayan aktrisa Kabotanın övladı Romanın atası Kral Hüseyndir.

Oğul Roman isə bu hadisədən 22 il sonra, 1989-cu ilin dekabr ayında anası Kabotanı gimnastika idman növündə istifadə edilən dəyənəklə döyərək öldürür.

Roman ilk ifadəsində evlərinə gizli şəkildə bir nəfərin girdiyini deyir və bundan sonra anasını öldürdüyünü bildirir. Kralın 22 yaşlı oğlu anasını döyərək öldürdüyünü beləcə etiraf və ya qəbul edir. Lakin psixoloji vəziyyətinin normal olmadığı, anasını bilərəkdən öldürmədiyi səbəbindən Roman bəraət alır və həbs olunmur.
Kralı Hüseyn və yəhudi ulduz Suzanın sirli eşq macərası - MKİ














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.