Fövqəladə hal və yaxud hərbi vəziyyət zamanı siyasi partiyaların fəaliyyəti dayandırılacaq –Dəyişiklik

22-04-2018, 00:24           

Azərbaycanda fövqəladə hallarda və yaxud hərbi vəziyyət zamanı tətbiq edilən mövcud qaydalara əməl etməyən siyasi partiyaların, ictimai birliklərin və xarici təşkilatların ölkədəki nümayəndəliklərinin fəaliyyətinin elan olunmuş vəziyyət başa çatana qədər dayandırılması təklif olunur.

Bununla bağlı “Siyasi partiyalarhaqqında” qanuna 16.4-1-ci maddəsinin əlavəsi təklif edilib.

Əlavəyə görə, hərbi və ya fövqəladə vəziyyətin elan edilməsinə səbəb olmuş halların aradan qaldırılmasına və müəyyən edilmiş tədbirlərin həyata keçirilməsinə mane olan siyasi partiyaların fəaliyyəti hərbi və ya fövqəladə vəziyyət başa çatanadək dayandırıla bilər.

Yuxarıda göstərilən hal həmkarlar ittifaqları təşkilatlarının fəaliyyəti ilə bağlı “Həmkarlar İttifaqları haqqında” qanuna, qeyri-hökumət təşkilatlarının, habelə xarici dövlətin qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinin fəaliyyəti ilə bağlı “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanuna təklif edilən əlavələrdə öz əksini tapıb.

Layihələr artıq Milli Məclisin plenar iclasına tövsiyə olunub/APA.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru