Gədəbəyin icra başçısı vəzifədən çıxarıldı - "Bəli, xəbər doğrudur, başçı vəzifədən çıxarılıb"

1-06-2018, 19:32           
Gədəbəyin icra başçısı vəzifədən çıxarıldı - "Bəli, xəbər doğrudur, başçı vəzifədən çıxarılıb"
Gədəbəy rayonunun icra hakimiyyəti başçısı Ramiz Yediyarov işdən çıxarılıb. Virtualaz.org xəbər verir ki, bu barədə məlumatı Gədəbəy rayon İcra Hakimiyyətinin əməkdaşı təsdiqləyib.

“Bəli, xəbər doğrudur, başçı vəzifədən çıxarılıb. Artıq işdə deyil. Yerinə kimin təyin ediləcəyi haqda məlumatımız yoxdur, müxtəlif adlar çəkilir”-mənbə bildirib.

Prezident İlham Əliyevin icra başçısının işdən azad edilməsinə dair sərəncamının gün ərzində dərc ediləcəyi gözlənilir.

Ramiz Yediyarov bu vəzifəyə təyin olunmazdan əvvəl 14 saylı Şəmkir ərazi Vergilər İdarəsinin rəhbəri idi və keçmiş vergilər naziri Fazil Məmmədovun kadrı hesab edilirdi. Son vaxtlar rayondan onun barəsində çoxsaylı şikayətlər mətbuatda dərc olunurdu. Virtualaz.org da bir neçə dəfə Gədəbəydə sahibklarların sıxışdırılması problemləri barədə yazıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru