Xankəndində separatçı rejimə qarşı üsyan –“Təhlükəsizlik Xidməti" işçiləriylə sakinlər toqquşdu

3-06-2018, 07:29           

Dağlıq Qarabağın Xankəndi şəhərində mərkəzi prospekti bağlayan insanlar güc strukturları rəhbərlərinin istefasına çağırıblar.

teref.az “BBC Azərbaycanca”ya istinadən xəbər verir ki, sakinləri hiddətləndirən cümə axşamı günü “milli təhlükəsizlik xidmətinin” xüsusi dəstə üzvləri tərəfindən iki sakinin döyülməsi olub.

İddia olunur ki, hadisə yerində olan polislər nəinki laqeydlik göstərib, hətta zərər çəkənləri polis idarəsinə aparıblar. Bu barədə öz “Facebook” səhifəsində qarabağlı təhlilçi Tiqran Qriqoryan yazır.

Bəzi etiraz iştirakçıları bunun MTX əməkdaşları tərəfindən sakinlərə qarşı ilk “zorakılıq və təxribatçılıq” hərəkəti olmadığını bildirirlər.

“Düşünürəm ki, sadəcə MTX-ni ləğv etmək, yaxud bu xidməti ordunun tabeliyinə vermək, polis və MTX rəhbərliyini isə vəzifələrindən kənar etmək lazımdır”, – təhlilçi Tiqran Qriqoryan bildirir.

Hadisə yerinə gələn rəsmilər, polis və hərbiyyə nümayəndələri etirazçılarla görüşüb.

Separatçı rejimin “prezidenti”nin mətbuat katibi deyib ki, qanunu pozanlar, vəzifədən asılı olmayaraq, məsuliyyətə cəlb olunacaq.

“Yəqin ki, insanlar obyektiv araşdırma istəyirlər, bu, həyata keçiriləcək”, – David Babayanın sözləri armeniasputnik.am saytında iqtibas olunur.

“Günahkarların” həbs ediləcəyi barədə vəddən sonra nəqliyyat hərəkəti bərpa olunub.

Dağlıq Qarabağdan alınan məlumata görə, iyunun 2-də 15 nəfər MTX əməkdaşı saxlanılıb.

“Döyülən şəxslər”in yerli xəstəxanaya aparıldığı bildirilir. Hadisə ilə bağlı məhkəmə-tibb ekspertizası təyin olunub, istintaq aparılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.