Daha bir rayonun icra başçısı dəyişdirilir - Bu dəfə "Çakır" məkanından uzaq salınır...

28-09-2015, 10:06           
 Daha bir rayonun icra başçısı dəyişdirilir - Bu dəfə "Çakır" məkanından uzaq salınır...
Küçən günlərdə bir neçə rayonun icra hakimiyyəti başçısı dəyişdirildi ki, əslində, bununla bağlı DİA.AZ oxucularını əvvəlindən məlumatlandırmışdıq. Bilgilərimizdə qeyd edirdik ki, hakimiyyət parlament seçkiləri ərəfəsində vintləri möhkəmləndirmə amaclı bir sıra yerdəyişmələrə gedəcək ki, bunlar da baş tutdu.

DİA.AZ-a daxil olan son məlumatda isə qeyd olunur ki, daha bir rayonun icra başçısı dəyişdirilir. Bu barədə xəbəri verən qaynaq dəyişikliyin Qaradağ RİH-də baş tutacağını deyir.

Mənbəyə görə, hazırki icra başçısı Süleyman Mikayılov tutduğu vəzifəsindən azad ediləcək. Onun yerinə kimin təyin ediləcəyini dəqiqləşdiririk və yaxın vaxtlarda xəbər verəcəyik. Mənbə bildirir ki, Süleyman Mikayılov da yenidən təyinat ala bilməsi üçün sərf edir və hazırda onun yeni postu ilə bağlı müzakirələr aparılır.

Bizi izləməkdə davam edin...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru