Məşhur şirkət rəhbərinə cinayət işi açıldı

29-08-2018, 16:25           
Məşhur şirkət rəhbərinə cinayət işi açıldı
Azinforum.az-ın əldə etdiyi məlumata görə, “Xaliq Faiqoğlu” MMC-nin rəhbəri Seyidov Faiq Sadiq oğlu 10.07.2017-ci ildə “İdeal-inşaat” MMC-yə məxsus MTK-nın 200 ailəyə xidmət göstərən komendant otağını güc tətbiq edərək zəbt etməsi barədə daxil olmuş şikayət əsasında Binəqədi RPİ-də Cinayət Məcəlləsinin 322 (özbaşınalıq) maddəsi ilə cinayət işi açılıb. Hazırda cinayət işi Bakı şəhər Prokurorluğunun nəzarətindədir. Xatırlatmaq istəyirik ki, Faiq Seyidovun oğlu Xaliq Seyidov 2014-cü ildə atasına məxsus avtomobili sənədsiz idarə edərək, yol-nəqliyyat hadisəsi törətmişdi. Bu hadisə Müdafiə Nazirliyində xidmət edən polkovnikin ölümünə səbəb olmaqla gündəmə gəlmişdi.

Yazıda adları çəkilən şəxslə əlaqə saxlamaq cəhdlərimiz alınmadı. Onun da mövqeyini dərc etməyə hazırıq.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru