Ziya Məmmədovun çəkdiyi yollar bu abıra qaldı... - Nazirlik açıqladı

2-10-2018, 16:10           
Ziya Məmmədovun çəkdiyi yollar bu abıra qaldı... - Nazirlik açıqladı
Azərbaycanda avtomobil yollarının bir çoxlarında yenidən uçqun-töküntü prosesləri baş verib, bəzi yollarda isə yeni lokal sürüşmə sahələri yaranıb.

Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Onun sözlərinə görə, sentyabr ayı ərzində Lerik rayonunda, Lənkəran-Lerik yolunun 27-29-cu km-liyində uçqun-sürüşmə prosesinin dinamikasında aktivlik müşahidə olunmuş yol boyu bir neçə yerdə uçqun- töküntü prosesləri qeydə alınıb: "Lənkəran-Lerik yolunun 45-47-ci km-liyində yol boyu yamac hissədə uçqun prosesləri və yol kənarında yeni çatlar müşahidə edilib. Lerik-Qosmalyan-Kəlvəz avtomobil yolunun 10-cu km-liyində sürüşmə prosesinin dinamikasında aktivlik müşahidə olunub".

Ə.Qaralov bildirib ki, Astara rayonunda Kijəbə, Burcubənd sürüşmə sahələrində nisbi aktivlik müşahidə olunub: "Motlayataq sürüşmə sahəsində aparılmış müşahidələr zamanı prosesin dinamikasında aktivlik müşahidə olunub və sürüşmə sahəsinin parametrlərində artım qeydə alınıb".

Nazirlik rəsmisinin sözlərinə görə, Lənkəran rayonunda, Lənkəran-Lerik yolunun 17-19 km-liyində yol boyu bir neçə yerdə uçqun-töküntü prosesləri və yolun hər iki hissəsində çökmə-oturma prosesi qeydə alınıb: "Bu rayonun Gəgiran kəndindəki sürüşmə sahəsinin dinamikasında nisbi artım qeydə alınıb və sürüşmə sahəsi üzərində yeni çatlar qeydə alınıb. Rayonun Tükəvilə-Diryan-Gəgiran avtomobil yolunun 12-ci km-dəki sürüşmə sahəsində nisbi aktivlik müşahidə edilib, yolun hər iki çiynində çökmə oturma prosesləri və yeni sürüşmə sahələri yaranıb. Masallı rayonunun Zuvand sürüşmə sahəsində aktivlik müşahidə edilib. Masallı-Yardımlı yolunun 13-15, 7-16-24-25-25, 4-26- 26, 4 km-də yol boyu bir neçə yerdə uçqun töküntü prosesləri qeydə alınıb. Cəlilabad rayonunda Cəlilabad-Cəngan-Soltankənd avtomobil yolunun 17-ci km-də mövcud sürüşmə sahəsinin dinamikasında nisbi aktivlik və yol boyu çökmə- oturma prosesləri qeydə alınıb".

Ə.Qaralov qeyd edib ki, Daşkəsən rayonunda Alunitdağ sürüşmə sahəsində çatların parametrləri artıb: "Xızı rayonunda Xızı-Altıağac avtomobil yolunun 1-ci km-dəki sürüşmə sahəsində aktivlik qeydə alınıb, Xızı-Altıağac avtomobil yolunun 11-15-ci sürüşmə sahəsində yolun sağ və sol çiyinlərində çökmə prosesi qeydə alınıb".

Ə.Qaralov əlavə edib ki, Quba rayonunda Quba-Xınalıq avtomobil yolunun 37-46-cı km-də sürüşmə sahəsində prosesin dinamikasında nisbi aktivlik müşahidə olunub, yol boyu uçqun töküntü prosesləri və yamac hissədə yeni lokal sürüşmə sahələri yaranıb: "Quba-Qonaqkənd avtomobil yolunun 37-40-cı km-də, yolun hər iki hissəsində çökmə oturma və uçqun prosesləri müşahidə edilib. Şamaxı-Qaleybuğurd-Keçmədin avtomobil yolunun 24-25-ci km-dəki sürüşmə sahəsində - Ağsuçayda baş vermiş sel hadisəsi nəticəsində Keçmədin kəndinə giriş yolunun 35-40 m hissəsində uçqun hadisəsi baş verib. İsmayıllı rayonunda Muğanlı-İsmayıllı avtomobil yolunun 2-11, 23-24, 27-29-cu km-də sürüşmə sahəsi - sürüşmə prosesinin dinamikasında nisbi aktivlik müşahidə edilib, yolun hərəkət hissəsində kiçik çatlar yaranmış və yol boyu çökmə-oturma prosesləri qeydə alınıb. Lahıc-Müdrisə avtomobil yolunun bir neçə yerində sürüşmə, uçqun töküntü və yol boyu bir neçə yerdə qabarmalar müşahidə edilib".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru