Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Müşahidə Şurasının yeni tərkibi təsdiq edilib - SİYAHI 4-10-2018, 07:46 Nazirlər Kabineti Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Müşahidə Şurasının yeni tərkibini təsdiq edib.“Report” xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.Müşahidə Şurasının yeni tərkibi aşağıdakı kimidir:Müşahidə Şurasının sədriRövşən Rzayev - Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədriMüşahidə Şurasının üzvləri:İlqar Fəti-zadə - maliyyə nazirinin birinci müaviniMətin Kərimli - əmək və əhalinin sosial müdafiəsi nazirinin müaviniCəmaləddin Quliyev - İqtisadiyyat Nazirliyinin Aparatının iqtisadi və sosial sahələrin inkişafı şöbəsinin müdiriAzay Quliyev - Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədriAdil Abdullayev - “Avropa Lift Sistemləri” MMC-nin təsisçisi, Kiçik və Orta Sahibkarlar İttifaqının prezidentiQulam İshaqzai - BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsiCaydev Sinqx - ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycandakı missiya direktoruGuido Ambroso - BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycandakı nümayəndəsi. Facebook-da paylaş