Azərbaycanlı diaspor üzvü külli miqdarda varidat tapdı - RUSİYADA
25-10-2018, 19:00
Rusiya Federasiyasının Zabaykalsk diyarının mərkəzi Çita şəhəri Aleksandrov qəsəbəsində maraqlı olay baş verib.
Open.az-ın əldə etdiyi məlumata görə, 1988-ci il təvəllüdlü azərbaycanlı Qədirov Ruslan Muxtar oğlu qəsəbə ətrafında iri kisələrdə təxminən 350 000 ABŞ dolları dəyərində olan Rusiya rublu, avro, dollar və təqribən 200 000 ABŞ dolları dəyərində qızıl bər-bəzək tapıb. O, bu varidatı meşə massivi arası yol kənarında təsadüf nəticəsində tapdığını bildirib.
Azərbaycanlı gənc tapdığı varidatı yerli polis orqanlarına təhvil verib. Onun bu jesti polisin və ətrafdakıların təəccübünə səbəb olsa da, yoxlama nəticəsində onda heç bir şübhəli əlamət aşkar olunmayıb.
Həmyerlimiz Çitada avtomobil ustası kimi çalışır, eyni zamanda bölgədə azərbaycanlıların diaspor icmalarında gənclər arasında fəaldır.