İranda xəstəxanada atışma olub: Ölən var

8-06-2025, 10:48           
İranda xəstəxanada atışma olub: Ölən var
İranın Kərəc şəhərindəki İmam Əli Xəstəxanasına müalicə üçün gətirilən məhbus qaçmağa cəhd edib.

"Azad İran" xəbər verir ki, o, polislər tərəfindən güllələnərək öldürülüb.

Əlborz əyalətinin polis rəisinin verdiyi məlumata görə, məhbus planlı şəkildə özünü həyat yoldaşı kimi təqdim edən qadının köməyi ilə qaçmağa cəhd edib. Qadın gizli şəkildə xəstəxanaya iki odlu silah gətirib və müttəhimə ötürüb.

Məhbus qaçmaq istəyərkən silahlı toqquşma baş verib. Onunla əlbir olan şəxs isə hadisə yerində ələ keçib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru