Maliyyə Bazarlarına Nəzarət Palatasının strukturunda dəyişiklik edilib
28-12-2018, 09:04
Nazirlər Kabineti “İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetaları haqqında” qərara dəyişiklik edib.
Trend-in məlumatına görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.
Qərara görə, “İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetaları haqqında” 2016-cı il 30 dekabr tarixli qərarın 4-cü hissəsində “Rüfət Aslanlı” sözləri “İbrahim Alışov” sözləri ilə və “Direktorlar Şurasının sədri” (Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri) sözləri “İdarə Heyətinin sədri vəzifəsini icra edən” sözləri ilə əvəzlənib.