“Facebook” fərdi məlumatları sızdırdığına görə rekord məbləğdə cərimələnə bilər

15-02-2019, 22:27           
“Facebook” fərdi məlumatları sızdırdığına görə rekord məbləğdə cərimələnə bilər
ABŞ Federal Ticarət Komisiyası (FTC) və “Facebook” şirkəti şəbəkənin istifadəçilərinin fərdi məlumatlarının sızdırılmasına görə milyardlarla dollar məbləğindəki cəriməni razılaşdırmaq üçün danışıqlar aparır.

“Report” “The Washington Post”a istinadən xəbər verir ki, iki mənbənin bu barədə verdiyi məlumata görə, danışıqlar nəticəsiz olsa, komisiya məhkəməyə müraciət edəcək.

Sözügedən cərimə indiyədək FTC tərəfindən texnologiya şirkətlərinə qarşı tətbiq edilmiş ən iri maliyyə sanksiyası olacaq. Belə ki, 2012-ci ildə “Google” şirkəti 22,5 milyon dollar məbləğində cərimə ödəmişdi.

Hər iki tərəf danışıqlara dair hər hansı şərh vermək istəməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru