İŞİD silahlıları İraqda dinc sakinləri oğurlayıb

16-02-2019, 06:39           
İŞİD silahlıları İraqda dinc sakinləri oğurlayıb
İŞİD silahlıları İraqda dinc sakinləri oğurlayıb.

"Report"un məlumatına görə, bu barədə "Sinxua" agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Məlumata görə, hadisə Ənbar vilayətində baş verib. Belə ki, terrorçu qruplaşmanın silahlıları Rava şəhəri yaxınlığında 5, Hadit şəhəri yaxınlığında isə 3 nəfər daxil olmaqla, 8 nəfəri oğurlayıblar.

Agentlik bildirib ki, hər iki hadisə sakinlər göbələk yığan zaman baş verib.

Daha əvvəl İŞİD-in İraqın şimalında, Kərkük vilayətində törətdiyi partlayışlar nəticəsində 1 nəfər ölüb, daha 8 nəfər yaralanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru