Gülləkeçirməz jiletini yoxlatdırmaq istəyirdi, öldü

16-02-2019, 06:46           
Gülləkeçirməz jiletini yoxlatdırmaq istəyirdi, öldü
Amerikanın Arizona ştatı sakini gülləkeçirməz jilet alıb və dostundan ona atəş açmasını xahiş edib. “The Arizona Republic” qəzetinin yazdığına görə, nəticədə kişi ölüb.

İnsident 11 fevralda baş verib. 25 yaşlı Parket Rey Linç yeni gülləkeçirməz jiletini iki dostu ilə birlikdə yoxlamaq istəyib. Linç dostu Stiven Uotsondan xahiş edib ki, jiletinin nə dərəcədə etibarlı olduğunu yoxlamaq üçün ona atəş açsın. Yerli polisin məlumatına görə, dostu onun bu xahişinə əməl edib və kişini düz qarnından vurub. Məlum olub ki, güllə jileti deşib keçib və zərərçəkmişə ölümcül zərbə vurub.

Kişini təcili surətdə yerli xəstəxanaya çatdırıblar və o, əməliyyat zamanı dünyasını dəyişib. Polis Uotsonu planlaşdırılmamış qətl işi üzrə istintaqa cəlb edib.

2018-ci ilin mart ayında xəbər verilmişdi ki, Hyuston şəhər sakini Ceyson Qriffin də gülləkeçirməz jiletini yoxlamaq istəyərkən dostunu öldürüb. Sevgilisinin dediyinə görə, o, tapançanın dolu olduğunu bilməyib.



Musavat.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.