Adil İsmayılovdan Vəkillər Kollegiyasına şikayət edilib

13-03-2019, 20:02           
Adil İsmayılovdan Vəkillər Kollegiyasına şikayət edilib
Bu gün vəkil Adil İsmayılov Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyətinə çağırılıb.

Bu barədə “Report”a A.İsmayılov məlumat verib.

A.İsmayılovun sözlərinə görə, VK-dan ona bildirilib ki, bir neçə vəkil ondan Kollegiyaya şikayət edib: “Guya mən onların şərəf və ləyaqətinə toxunmuşam. Məni həmin ərizələrlə tanış etdilər. Dedilər ki, martın 15-də Rəyasət Heyətinin keçiriləcək iclasında qərar veriləcək”.

Qeyd edək ki, son günlər A.İsmayılovla bir neçə vəkil, o cümlədən VK-nın sədri Anar Bağırov sosial şəbəkələrdə bir-birini tənqid edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru