ABŞ Azərbaycanın neft hasilatı ilə bağlı proqnozunu açıqlayıb

14-03-2019, 07:00           
ABŞ Azərbaycanın neft hasilatı ilə bağlı proqnozunu açıqlayıb
ABŞ-ın Energetika Nazirliyi Azərbaycanın neft hasilatı ilə bağlı proqnozunu açıqlayıb

"Report" xəbər verir ki, bu barədə ABŞ-ın nazirlik yanında Energetika İnformasiyası Agentliyinin (EİA) "Qısamüddətli energetika proqnozu"nun mart nəşrində deyilir.

Bildirilir ki, Azərbaycan 2019-cu ildə orta hesabla gündə 0,78 milyon barel neft və kondensat çıxarılacaq.

Proqnozun məlumatlarına əsasən, 2019-cu ilin birinci rübündə hasilatın səviyyəsi gündə 0,79 milyon barel təşkil edəcək. İkinci rübdə hasilat dəyişməz qalacaq - 0,79 milyon barel. Cari ilin üçüncü və dördüncü rüblərində neft hasilatı və gündə 0,78 milyon barel neft və müvafiq olaraq 0,76 milyon barel kondensat səviyyəsində proqnozlaşdırılır.

Agentliyin proqnozuna görə, 2020-ci ildə birgünlük hasilatın orta göstəricisi 0,76 milyon barel neft və kondensat təşkil edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru