Ayı balasını qıza gətirdi ki, pəncəsinə atan tikanı çıxardsın....
16-03-2019, 08:19
Yaz idi, səhər çöldə aydın və təmiz hava vardı. Quşlar hamıdan tez oyanıb öz gözəl cəh cəhləri ilə qalanları oyadırlar.
Mən paltarımı geyinib gölə getməyə qərar verdim. Göldəki su sakitdir və suyun üstündəki sis meh əsəndə çəmənləri kiçik su damlaları ilə örtürdü. Kənddən yalnız bir yolumuz vardı və gölə getmək üçün meşənin kənarı ilə getməliydim.
Bununda öz üstünlüyü var idi, isti havalarda, ağaclar adamı günəşdən qoruyurdu. Hər səhər bir cür dəyişirdi, meşədə gah çiçəklər açır, gah çiyələklər yetişirdi.
Və bu dəfə yolda qarşıma bir ayı balaları ilə çıxdı. Mən ağacın yanında oturdum ki, qorxmasınlar və onların keçməsini gözlədim.
Biz ayılardan qorxmurduq, meşədə az sayda ayı vardı və onlar hərdən kəndimizədə giridilər. Ancaq yenə də ehtiyatlı olmalısan. Lakin ondan gizlənə bilmədim, ayı mənə tərəf gəlirdi və burnu ilə balalarından birini mənə tərəf itələdi..
Mən bir az qorxdum, lakin ayı balasını mənə tərəf itələdi və özü geri çəkildi. Mən ayının məndən nəsə istədiyini başa düşdüm və balasını qucağıma götürndə gördün ki, onun pəncəsinə tikan batıb. Ayı balasının pəncəsindən tikanı çıxarda bilmirdi və mənim köməyimə ehtiyacı var idi.
Ana ayı sakitçə dala çəkilmişdi. Mən ayı balasının pəncəsindən tikanı dartıb çıxardanda, ayı balası bərk zingildədi. Ana ayı yerindən tərpənib yaxınlaşmağa başladı. Mən balanı ona tərəf itələdim və özüm geri çəkildim.
Bir sözlə hər şey yaxşı başa çatdı, mən heyvana kömək etdim və heyvan mənə toxunmadu.
Düzünü desəm, bəziləri məni qınayacaqki, belə etmək olmaz, lakin o anda mən başa düşdüm ki, ana ayının mənim köməyimə ehtiyacı var və o, mənə toxunmaz. Məndə ona kömək elədim. Bizim meşədə ayı insanlardan qorxmur, ovçumuz yoxdur. Buna görə də ayılar insanlara toxunmur.
Tərcümə Teref.az-ındır