“Kasıbdan oğurluq eləməmişəm ki..” - VİDEO

27-10-2015, 20:30           
“Kasıbdan oğurluq eləməmişəm ki..” - VİDEO
Goranboy rayonunda oğurluq hadisəsi qeydə alınıb.

Oktyabrın 24-ü səhər saat 6 radələrində 5 nəfərdən ibarət dəstə rayonun Qızılhacılı qəsəbəsində yerləşən ərzaq mağazalarından birində ödəniş terminalını oğurlayıb. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törədənlər - Vaqif Hüseynov, Elşən Qurbanov, İlkin Şıxıyev, Sadıq Sadıqov və Elçin adlı şəxs saxlanılıb.

Müstəntiq Səbuhi Məhərrəmov deyib ki, naməlum şəxs və şəxslərin Qızılhacılı qəsəbəsində yerləşən dükana qanunsuz daxil olaraq mağazada olan “Milliön” ödəmə terminalını içindəki 3036 manat pulla birlikdə gizli olaraq talayıblar. Araşdırma zamanı məlum olub ki, onlar ödəmə terminalını tamah məqsədilə oğrulayaraq kustar üsulla açıb və içərisindəki pulu öz aralarında bölüblər. Hadisəni törədən şəxslərin 3-ü əvvələr məhkumluq həyatı yaşayıb.

Saxlanılan şəxs Vaqif Hüseynov aparatı oğurladığına görə peşman olmadığını deyib: “Kasıbın malını oğurlamamışam ki. Peşmanam ki, Goranboyda iş görmüşəm”. Digər saxlanılan şəxs İlkin Şıxıyev oğurluğun əvvəlcədən planlşadırılmadığını deyib: “Bu, sonradan ortaya çıxan plan idi. Mən bura borc almağa gəlmişdim. O mağazadan bazarlıq etmişəm".

Sadıq Sadıqovda əməlin də peşman deyil: “Ehtiyacım olub, eləmişəm. Kasıbdan oğurluq eləməmişəm ki, imkanlı şəxsdən oğurlamışam. Başqa da can sağlığı”.
Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir. Polis qrupun digər cinayətlərdə iştirakını da araşdırır. (Region TV)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.