İlon Mask "Tesla"nın yeni modelini təqdim edib - FOTO

17-03-2019, 09:08           
İlon Mask "Tesla"nın yeni modelini təqdim edib - FOTO
"Tesla" şirkəti Los-Ancelesdə elektrik avtomobilin yenilənmiş modelini təqdim edib.

"Report" xəbər verir ki, bu barədə "The Verge" bildirib.

Qeyd edilir ki, "Model Y" İlon Mask şirkətinin beşinci istehsalı və kütləvi bazarı fəth etməyə yönələn ikinci cəhdidir.

Elektrik mühərrikli avtomobilin əsas xüsusiyyətləri – uzaq məsafəyə gediş ehtiyatı, gözəl dinamikası və geniş modifikasiya seçimidir. Avtomobilin yığcam keçidi "Model 3" Sedanın daha əvvəl təqdim edilmiş platforması əsasında qurulub.

Şirkət yeni modelin nümayişi zamanı 482 kilometr məsafəyə gediş ehtiyatı olan "uzaqvuran" avtomobil versiyasını 47 min dollara təqdim edib.

"Tesla" həmçinin maksimal surətli modifikasiya ilə iki mühərrikli avtomobili 51 min dollara təqdim edib.

Yeni modellərin satışı 2020-ci ilin payızında nəzərdə tutulub. Baza versiyasının sonra - təxminən 2021-ci ilin yazında olacaq. 370 kilometr gediş ehtyatı olan "Model Y"-in gözlənilən qiyməti 39 min dollar olacaq.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru