Bakı-Şamaxı yolunda DYP maşını belə aşıb - VİDEO

20-03-2019, 20:44           
Bakı-Şamaxı yolunda DYP maşını belə aşıb - VİDEO
Bakı-Şamaxı avtomobil magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.

Teref.az Oxu.az-a istinadən bildirir ki, hadisə dünən axşam saat 18:00 radələrində olub.

Belə ki, Dövlət Yol Polisinə məxsus BMW markalı avtomobil yoldan çıxaraq aşıb.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsində Baş İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev bildirib ki, hadisə Bakı-Şamaxı yolunun 70-ci kilometrində baş verib:

"İlkin məlumata görə, DYP-nə məxsus avtomobilin sürücüsü idarəetməni itirib və maşın aşıb. Hadisə nəticəsində bir nəfər polis əməkdaşı xəsarət alıb".

R. Quliyev qeyd edib ki, faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru