Azərbaycanın qərb bölgəsində fırtına başladı – Video

20-05-2019, 07:19           
Azərbaycanın qərb bölgəsində fırtına başladı – Video
Axşam saatlarından başlayaraq Gəncə, Daşkəsən, Göygöl, Şəmkir, Samux və Gədəbəy rayonlarında güclü külək və yağışlı hava şəraiti müşahidə olunur. Report-un məlumatına görə, Gəncə şəhəri, həmçinin Daşkəsən və Şəmkir rayonlarının bəzi hissələrində elektrik enerjisinin verilməsində fasilələr yaranıb.

Fırtına səbəbindən Daşkəsən şəhərində irigövlədi ağac kökündən çıxaraq yola aşıb. Hava şəraitinin kəskin dəyişməsi səbəbindən bölgədə ciddi fəsadların yaranıb-yaranmaması ilə bağlı hələ ki, məlumat yoxdur.

“Azərişıq” ASC Qərb rayonlarında güclü külək və yağıntılar səbəbindən bir sıra qabaqlayıcı tədbirlər görüb. Baş verə biləcək qəza və hadisələrin qarşısını almaq üçün qurum əməkdaşları və texnikası hazır vəziyyətə gətirilib.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.