5000 manatadək cərimə - Sanksiyalar sərtləşdirilir

21-05-2019, 18:09           
5000 manatadək cərimə - Sanksiyalar sərtləşdirilir
Hesablama Palatası haqqında qanunvericiliyin pozulmasına görə inzibati sanksiyalar sərtləşdirilir.

Teref.az qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı Vergilər Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif olunur.
Hesablama Palatası haqqında qanunvericiliyin pozulmasına görə, aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması, dövlətə dəyən zərərin ödənilməsi və şəxslərin məsuliyyətə edilməsi məqsədi ilə kənar dövlət maliyyə nəzarətinin obyektlərinə və nəzarət predmeti ilə əlaqədar aidiyyəti tərəflərə göndərilmiş Hesablama Palatasının qərarlarını əsassız icra edilməməsinə görə- vəzifəli şəxslər 300 manatdan 1000 manatadək cərimə edilir.
Hesablama Palatasının qərarları kənar dövlət maliyyə nəzarətinin obyekti tərəfindən əsasız icra edilmədikdə həmin obyektin xəzinə və bank hesabları üzrə əməliyyatların dayandırılması barədə Palatanın təqdimatının xəzinə orqanları və müvəkkil banklar tərəfindən icra edilməməsinə görə- vəzifəli şəxslər 300 manatdan 2000 manatadək cərimə edilir.
Məcəllənin 547.3 maddəsinə təklif edilən dəyişikliyə əsasən, Hesablama Palatasının fəaliyyətinə mane olmağa görə- vəzifəli şəxslər 400 manatdan 700 manatadək, hüquqi şəxslər 1000 manatdan 5000 manatadək cərimə edilməsi təklif edilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.