İndoneziyada etirazçılara qarşı gözyaşardıcı qaz tətbiq olunub
22-05-2019, 06:09
Çərşənbə günü səhər tezdən İndoneziyanın paytaxtı Cakartanın mərkəzi rayonunda Seçkiləri Müşahidə Agentliyinin binası qarşısında bir neçə yüz etirazçının dağıdılması üçün polis gözyaşardıcı qaz tətbiq edib.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli "Jakarta Globe" nəşri yazıb.