Arvadı iftar yeməyi hazırlamadığı üçün polisə şikayət etdi...

24-05-2019, 12:09           
Arvadı iftar yeməyi hazırlamadığı üçün polisə şikayət etdi...
İşdən evə gəlib xanımının iftar üçün xörək bişirmədiyini görən küveytli kişi bununla bağlı şikayət ərizəsi verməklə polisləri şoka salıb.

Moderator.az-ın “Khaleej Times” nəşrinə istinadla verdiyi xəbərdə deyilir ki, kişi arvadının onun əsas insani haqlarını pozduğunu iddia edib. O bildirib ki, xanımına uzunmüddətli işdən və orucdan sonra evdə yeməyə haqqı olduğunu xatırlatsa da, faydası olmayıb. Buna görə də polisə müraciət etmək qərarına gəlib. Bu cür şikayətlə ilk dəfə rastlaşan polislər başıbəlalı ərə arvadının əməlində cinayət tərkibi olmadığından onun ərizəsini qəbul edə bilməyəcəklərini başa salıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru