Ramil Usubov rəisi işdən çıxardı (YENİLƏNİB/FOTO)

26-05-2019, 10:58           
Ramil Usubov rəisi işdən çıxardı (YENİLƏNİB/FOTO)
Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinin rəisi vəzifəsindən azad edilib.

ONA-nın məlumatına görə, Daxili İşlər naziri Ramil Usubovun əmri ilə polis polkovniki Ədalət Sadıqov Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinin rəisi vəzifəsindən azad edilərək sərəncama götürülüb.

Nizami rayon Polis İdarəsinin rəisi vəzifəsinə hələlik təyinat olmayıb.

Qeyd edək ki, Ə. Sadıqov Nizami rayon Polis İdarəsinin rəisi vəzifəsinə 2011-ci ilin noyabrında təyin olunub.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru