Bakıda tıxacda qalan taksi sürücüsündən İNANILMAZ HƏRƏKƏT - VİDEO

26-05-2019, 12:17           
Bakıda tıxacda qalan taksi sürücüsündən İNANILMAZ HƏRƏKƏT - VİDEO
Bakı şəhər Səbail rayonu Mikayıl Useynov küçəsində demək olar ki, hər gün tıxac müşahidə edilir.

Publika.az xəbər verir ki, yolun şəhərin mərkəzinə doğru olan hissəsində tez-tez uzunmüddət davam edən tıxaclar bəzən sürücülərin səbir kasasının dolmasına səbəb olub. Belə hallardan biri mayın 24-də yaşanıb. Belə ki, "Azneft" meydanına doğru yolun hərəkət zolağında xeyli tıxacda gözləyən taksi sürücüsü qaydaları pozaraq avtomobilini yolun ortasındakı ayırıcı zolağın üstünə çıxarıb. O, idarə etdiyi "Mercedes" markalı avtomobili hündürlüyü 20-25 sentimetr olan zolağın üzərinə çıxardıqdan sonra sürətlə hərəkət edərək ərazidən uzaqlaşıb.

Hadisəni əks etdirən videonu təqdim edirik:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru