Bakıda YPX avtomobili dəhşətli qəza törətdi - FOTO
27-05-2019, 09:23
Bakıda Yol Patrul Xidmətinə məxsus xidməti avtomobil qəzaya düşüb.
Publika.az xəbər verir ki, hadisə şahidləri ötən gecə Babək prospektində 90 YP 482 dövlət qeydiyyat nişanlı xidməti "BMW"-nin evakuatora çırpıldığını bildiriblər.
Qəza nəticəsində xoşbəxtlikdən ölən və ya ciddi xəsarət alan olmayıb.