İraq məhkəməsi Fransanın 4 vətəndaşı barədə edam hökmü çıxarıb 28-05-2019, 00:00 İraqda məhkəmə terrorçu İŞİD qruplaşmasına üzvlükdə ittiham olunan Fransa vətəndaşı barəsində edam hökmü çıxarıb.“Report” “Hurriyet”ə istinadla xəbər verir ki, bunu iraqlı hüquqçu Tariq Harb bildirib.Onun sözlərinə görə, məhkəmə bu qərarı terrora qarşı mübarizə qanununa əsasən qəbul edib: “Bir ay ərzində qərardan şikayət edilə bilər”.Barəsində edam hökmü çıxarılan da daxil olmaqla 4 ay əvvəl Fransanın 3 vətəndaşı Suriyadan İraqa təhvil verilib. Onlar barədə də edam hökmü çıxarılıb. Facebook-da paylaş