"Facebook" 51 hesab bağlayıb

29-05-2019, 07:25           
"Facebook" 51 hesab bağlayıb
"Facebook" şirkəti üç "İnstagram" hesabı daxil olmaqla 51 hesab, 36 səhifə və yeddi qrup silib.

Trend-in məlumatına görə, buna səbəb İranın güya arxasında durduğu əlaqələndirilmiş fəaliyyət olub.

"Facebook" xəbər verir ki, bloklanmış hesabların sahibləri özlərini məşhur amerikalı və britaniyalı siyasi xadimlər kimi tanıdıb.

Həmin şəxslər onların adından İslam, İrandakı ərəb azlıqları, Səudiyyə Ərəbistanının Yaxın Şərqdindəki nüfuzu kimi mövzular haqqında müzakirələr aparıb.
Şirkətdə etiraf edirlər ki, bu addım kompüter təhlükəsizliyi üzrə ixtisaslanmış "FireEye" şirkətindən gələn xəbərdarlığa əsasən atılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru