Kürdəmirdə dəhşətli yanğın: Ev sahibi ilə birgə yandı - FOTO

30-05-2019, 00:00           
Kürdəmirdə dəhşətli yanğın: Ev sahibi ilə birgə yandı - FOTO
Kürdəmirdə yanğın olub, 41 yaşlı kişi ölüb. Oxu.Az xəbər verir ki, hadisə bu gün günorta saatlarında Kürdəmir şəhəri Nizami küçəsi ev 9 ünvanında qeydə alınıb.

Belə ki, şəhər sakini Sima Əliyevaya məxsus ev anidən alovlanmağa başlayıb. Bu barədə məlumat daxil olan zaman hadisə yerinə FHN-nin Kürdəmir yanğından mühafizə hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.

Yanğınsöndürənlər səyi nəticəsində alov ram edilib və yanğının digər ərazilərə keçməsinin qarşısı alınıb.Ümumi sahəsi 100 kvm olan və 1 mərtəbə 4 otaq və 1 mətbəxdən ibarət olan evin 20 kvm yanar konstruksiyaları ilə birlikdə yanaraq külə dönüb.

Hadisə yerinə baxış keçirilən zaman evdə yaşayan 41 yaşlı Əliyev Namiq Rafiq oğlunun meyiti aşkar edilib. Mərhumun meyiti götürülərək aidiyyəti üzrə təhvil verilib. Deyilənlərə görə, Namiq Əliyev fotoqraf işləyirmiş. Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.

Faktla bağlı Kürdəmir rayon prokurorluğunda araşdırma aparılır.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru