Həmsədrlər: "Cəbhə xəttindəki son itkilərdən narahatıq!"

30-05-2019, 21:23           
Həmsədrlər: "Cəbhə xəttindəki son itkilərdən narahatıq!"
ATƏT-in Minsk qrupu həmsədrləri son itkilərdən dərin narahatlıqlarını ifadə ediblər.

Teref.az ONA-ya istinadla xəbər verir ki, bu barədə ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfərlərinin yekununa dair bəyanatında deyilir.

Bildirilir ki, həmsədrlər tərəfləri eskalasiyadan yayınmaq üçün maksimum səy göstərməyə çağırıblar.

Qeyd edək ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin respublikamızda səfərdə olduğu bir vaxtda, mayın 30-da səhər saatlarında cəbhənin Ağdam rayonu istiqamətində düşmən tərəfindən açılan snayper atəşindən Azərbaycan Ordusunun hərbi qulluqçusu Omarov Aqil Akif oğlu şəhid olub.

ATƏT-in Minsk qrupu həmsədrləri İqor Popov (Rusiya Federasiyası), Stefan Viskonti (Fransa), Endrü Şofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik mayın 27-də Ermənistana səfər ediblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru