Nazim İsmayılovun rayonunda İNTİHARA CƏHD

31-05-2019, 22:40           
Nazim İsmayılovun rayonunda İNTİHARA CƏHD
Saatlı rayonunda 73 yaşlı qadın intihara cəhd edib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Dədə Qorqud kəndində qeydə alınıb.

Belə ki, U.M. üzərinə benzin töküb və özünü yandıraraq intihara cəhd edib. Yaxınları tərəfindən hadisəyə müdaxilə edilib, yanğın söndürülüb. Müxtəlif dərəcəli yanıq xəsarətləri alan qadın Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona xəstəxanada ilk tibbi yardım göstərildikdən sonra vəziyyəti ağır olduğundan Bakıdakı xəstəxanalardan birinə göndərilib.

Hadisənin səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Dia.az xatırladır ki, bu günlərdə sözügedən rayona Sabirabadın keçmiş başçısı Nazim İsmayılov icra başçısı kimi təyin olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru