Rayon başçısı məşuqəsini boğub öldürdü – Həyat yoldaşının təzyiq ilə

1-06-2019, 00:06           
Rayon başçısı məşuqəsini boğub öldürdü – Həyat yoldaşının təzyiq ilə
Moskva vilayətinin Ramenskoye rayonunun başçısı Andrey Kulakov məşuqəsini öldürməkdə şübhəli bilinərək saxlanılıb.Virtualaz.org “112” telegram-kanalına istinadən xəbər verir ki, Yelena İsayeva Ramenskoye rayonunun İctimai Palatasının sədr müavini vəzifəsində çalışıb. Qadın mayın 1-dən 2-nə keçən gecə itkin düşüb. Mayın 3-də onun cəsədini “Mercedes ML” avtomobilinin salonunda tapıblar. İsayeva boğularaq öldürülüb.

DNT ekspertizası avtomobildə və meyitin üzərində Kulakovun izlərini aşkarlayıb. Mənbə qeyd edir ki, qətldən az öncə Kulakovun həyat yoldaşı onun məşuqəsinin olduğunu öyrənib və ərinə təzyiq edib. Rayon başçısı seçimini edib.

Bu gün Kulakov “yalan detektoru”ndan keçirilib və təqsirli olması sübuta yetirilib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru