ABŞ-ın Virciniya-Biç şəhərindəki silahlı insidentin mümkün səbəbləri açıqlanıb

1-06-2019, 07:05           
ABŞ-ın Virciniya-Biç şəhərindəki silahlı insidentin mümkün səbəbləri açıqlanıb
ABŞ-ın Virciniya ştatının Virciniya-Biç şəhərində baş vermiş silahlı insidentin səbəbi psixi xəstəlik və ya iş yerində yaranmış münaqişə ola bilər.

"Report" xəbər verir ki, bu barədə ABŞ-ın Federal Təhqiqatlar Bürosu direktorunun keçmiş köməkçisi Kris Şveyker bildirib.

Şveyker bununla yanaşı qeyd edib ki, hansısa ehtimal irəli sürmək üçün hadisə ilə bağlı məlumatlar hələ çox azdır.

Qeyd edək ki, daha əvvəl adı açıqlanmayan şəxsin Virciniya-Biç şəhərində bələdiyyə binasına daxil olaraq ətrafdakılara atəş açdığı xəbər verilib. Hadisə zamanı 11 nəfər həlak olub, daha 6 nəfər yaralanıb.

Polisin məlumatına görə, şübhəli şəxs bir müddət bələdiyyədə işləyib.

Hadisəni törədən şəxs öldürülüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru