AZAL “Boeing”lə 1 milyard dollarlıq sövdələşməni ləğv etdi

3-06-2019, 11:34           
AZAL “Boeing”lə 1 milyard dollarlıq sövdələşməni ləğv etdi
“Azərbaycan Hava Yolları” QSC (AZAL) Amerikanın “Boeing” korporasiyası ilə 10 “Boeing 737 MAX-8” sərnişin təyyarəsinin alınmasına dair sövdələşməni ləğv edib.

Virtualaz.org xəbər verir ki, bu haqda AZAL-dan “İnterfaks”a bildiriblər.

“Biz “Boeing 737 MAX-8” təyyarələrinin alınması planlarından rəsmən imtina etdik. Səbəb məlumdur və bu təyyarələrn təhlükəsizliyi ilə bağlı ortaya çıxan suallarla bağlıdır. Müvafiq müqavilə artıq ləğv olunub”-məlumatda deyilir.

2017-ci ilin aprelində Azərbaycanın “Silk Way Airlines” şirkəti “Boeing”lə 10 “Boeing 737 MAX-8” təyyarəsinin alınmasına dair 1 milyard dollarlıq müqavilə bağlayıb. Həmin təyyarələrin operatorluğunu AZAL həyata keçirməliydi. Təyyarələrin 3 il ərzində çatdırılması nəzərdə tutulurdu.

Lakin son vaxtlar bu tip təyyarələrdə dalbadal qəzaya uğrayıb. Qəzaların səbəbinin təyyarələrin proqram sistemində mövcud olan qüsurla bağlı olduğu bildirilir. Qəzalardan sonra əksər ölkələr həmin təyyarələrdən imtina edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru