Hərbi təyyarə yoxa çıxdı: 13 nəfərlik heyəti...

3-06-2019, 21:49           
Hərbi təyyarə yoxa çıxdı: 13 nəfərlik heyəti...
Hindistanda təyyarə yoxa çıxıb.

Teref.az xəbər verir ki, Hindistan Hava Qüvvələrinə məxsus "An-32” hərbi nəqliyyat təyyarəsi 13 nəfərlik heyəti ilə birgə Hind okeanının hava məkanından radarlardan itib.

Təyyarə günorta saatlarında Assam əyalətinin Yorhad bölgəsindəki hava limanından uçuşa qalxıb. Təyyarənin dayanacaq nöqtəsi Arunaçal Pradeş əyalətinin Meçuka bölgəsindəki hərbi hava limanı olacaqdı. Lakin təyyarə limana çata bilməyib.

İlkin informasiyaya görə, təyyarənin uçuş edəcəyi dağlıq və meşəlikdir. Buna görə də təyyarə enişə yaxınlaşarkən texniki nasazlıq və ya digər səbəbdən qəzaya uğramış ola bilər.(publika az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru