Bərdədə YDM-ə hücum: türkiyəlilər operatoru döydülər

4-06-2019, 07:18           
Bərdədə YDM-ə hücum: türkiyəlilər operatoru döydülər
Bərdə rayonunda iki Türkiyə vətəndaşı maye qaz doldurma stansiyasına hücum edərək operatora xəsarət yetiriblər.

Teref.az Report-a istinadən xəbər verir ki, hadisə Heydər Əliyev prospektində yerləşən maye qaz doldurma stansiyasında qeydə alınıb.

Yerli sakinlərin bildirdiyinə görə, günorta saatlarında iki nəfər "Niva" markalı avtomobil ilə məntəqəyə gələrək oranın Akif adlı operatoruna daş və dəmir alətlə xəsarət yetiriblər.

Yaralı oğlan ətrafda olan insanların köməkliyi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisənin hansı səbəbdən baş verdiyi bilinmir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru